Mövzu Qiymətləndirməsi:
  • 0 Səs - Orta hesabla 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5

ChatGPT Go artıq Azərbaycanda İstifadədədir
#1

OpenAI ChatGPT üçün daha ucuz bir abunə variantı olan Go paketini istifadəyə verib. Pulsuz versiyanın limitləri ilə məşğul olmaq istəməyən, amma Plus üçün də artıq pul vermək fikrində olmayanlar üçün nəzərdə tutulub.

ChatGPT Go hazırda aylıq 6 dollar qiymətinə təklif olunur. Təxminən 10.20 AZN / ay.

Pulsuz versiya ilə müqayisədə istifadə rahatlığı hiss olunur: söhbətlər daha uzun gedir, mürəkkəb suallarda tez-tez “limitə çatdınız” mesajı çıxmır və fayl yükləmə tərəfi də bir az açıqdır. OpenAI konkret limit demir, amma fərq var, bunu gizlətmirlər.

Go ilə Plus arasındakı fərqə gəldikdə, burada möcüzə gözləməyə dəyməz.

Go paketində:
  • xüsusi GPT-lər yoxdur
  • Sora ilə video yaratmaq olmur
  • Codex və inkişaf etmiş developer alətləri yoxdur

Yəni əsas istifadə üçündür. Gündəlik suallar, yazı, öyrənmə, araşdırma, sadə işlər üçün bəs edir. Peşəkar istifadə, kontent istehsalı və ya proqramlaşdırma ağırlıqlıdırsa, Plus hələ də daha məntiqlidir.

Qısası: Pulsuz versiya dar gəlirsə, Plus da baha gəlirsə – Go arada qalanlar üçün normal variantdır.

[Şəkil: 1200xauto.jpg]
Tap
Cavabla


Bu Mövzuya Mesajlar
ChatGPT Go artıq Azərbaycanda İstifadədədir - Paylaşan: admin - 01-04-2026, 05:14 PM

Forum Keçidi:


Bu mövzuya baxan istifadəçilər: 1 Qonaq